“Qarabağ”da əsas heyətdə olmaq "Nyukasl"da 3-4-cü qapıçı olmaqdan yaxşıdır" - Lunyov
30.03.2024 - 23:25
“Qarabağ”da əsas heyətdə olmaq "Nyukasl"da 3-4-cü qapıçı olmaqdan yaxşıdır" - Lunyov

"Qarabağ"ın qapıçısı Andrey Lunyiv "Nyukasl"a keçməkdən imtina etməsindən danışıb.

Apasport.az xəbər verir ki, o, Ağdam klubunu üstün tutduğunu bildirib:

"Azərbaycanda və avrokuboklarda oynayırsansa, təbii ki, “Qarabağ”da əsas heyətdə olmaq "Nyukasl"da 3-4-cü qapıçı olmaqdan yaxşıdır.

İngiltərədə daha çox təcrübə qazanmaq mümkündürmü? Demək olar ki, 33 yaşım var, buna görə də hələ də futbol oynamaq istəyirəm. Bəlkə də 36 yaşında İngiltərəni sınaya bilərəm".