“Qarabağ”da növbəti ayrılıq - ÖZƏL
25.01.2025 - 17:44
“Qarabağ” mövsümün sonunda bəzi futbolçularla yollarını ayıracaq.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi U-21 yığmamızın da şərəfini qorumuş Amin Ramazanovla müqavilə müddətini yeniləməyəcək.
Belə ki, Azərbaycan çempionu mövsümün sonunda Ramazanovla yollarını ayıracaq. Zədə səbəbindən uzun müddət məşqlərdə də iştirak edə bilməyən Ramazanov hazırda əsas komandanın düşərgəsindədir.
“Lokomotiv”(Moskva) klubunun yetirməsi olan Aminin yeni sezona Azərbaycan komandalarından birində başlayacağı gözlənilir.
- Kristian Avram: "Araz-Naxçıvan" rəqibdən asılı olmayaraq həmişə qələbəyə köklənir" - Müsahibə
- Nuray Əbilova: “Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır”
- Hüseyn Məhəmmədov: “Mərhələ adlamaq üçün əlverişli imkandır”
- "Qarabağ"ın rəqibinə bir zərbə də "Siti"dən: 2 matçda 7 qol
- Niderland - Türkiyə matçının hakimi bəlli olub
0
0