"Qarabağ"da ayrılıq yaşanmaq üzrədir.
Apasport.az Pressing.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin mərkəz müdafiəçisi Rahil Məmmədov komandanın sıralarını tərk etməyə hazırlaşır.
Azərbaycan millisinin də üzvü olan Məmmədov legioner həyatı yaşamağa yaxındır. Belə ki, Polşanın "LKS Lods" klubu onu rənglərinə bağlamaqda çox israrlıdır.
Artıq tərəflər arasında danışıqlar yekunlaşıb və müsbət nəticə əldə edilib. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışan Rahil Məmmədovun "köhlən atlar"la müqaviləsi "2024"ün 30 iyununda başa çatır.
- Avropa Oyunları: Məhəmməd Abdullayevdən tam üstünlüklə qələbə - FOTO
- "Sabah"ın U-10 komandası Kazanda finala yüksəldi
- "Şamaxı"nın baş məşqçi namizədləri arasında 3 yerli mütəxəssis var
- Azərbaycanın sambo əfsanəsi Əbülfəz Əliyevə həsr olunmuş tədbir keçirilib - VİDEO
- Kamerun millisi baş məşqçisi ilə yollarını ayırdı