"Qarabağ"dan Cəfərquliyev qərarı: AVSTRİYAYA YOLLANIB
22.06.2026 - 11:46
Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev “Qarabağ”la birlikdə Avstriyaya yollanıb.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
25 yaşlı cinah müdafiəçisi komandanın Avstriyada keçiriləcək təlim-məşq toplanışı üçün səfərə çıxan futbolçular arasında yer alıb.
Qeyd edək ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.
0
0