Qaspar Panaderonun “Qarabağ”dakı taleyi qeyri-müəyyən olaraq qalır.
Apasport.az saytının məlumatına görə, əvəzedici heyətlə məşqlərdə iştirak edən ispaniyalı yarımmüdafiəçi artıq geri addım atıb.
25 yaşlı hücumameyilli oyunçu müqaviləsi 2024-cü ilin yayına qədər olsa da, həmin vaxta qədər Ağdam klubunda qalmaq fikrindən daşınıb. Həmçinin Azərbaycan çempionu da Qasparı saxlamaqda maraqlı deyil. Rəhbərlik qış fasiləsində gələcək ilk təklifdəcə onunla yolları ayırmaq üçün güzəşt etməyə razılaşacaq.
Qeyd edək ki, 2021-ci ilin yayında “Kadiz”dən alınan Qaspar Panadero bu ilin ilk 6 ayını icarə əsasında Kipr klubu AEK-də (Larnaka) keçirib.
- Ölkəmizi Avropa çempionatında 13 şahmatçı təmsil edəcək
- "Qarabağ" dünya sıralamasında irəliləyib - DOQQUZ PİLLƏ
- İsrailli qolkiper Haalandın iki penaltisini qaytarıb
- Cüneyt Biçer: "Toral Bayramov və Mahir Emreli ilə yenidən birlikdə işləmək istəyərdim" - Müsahibə
- Xorvatiya millisinin futbolçuları neofaşist mahnı oxuyub