Daha bir israilli futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Aşdod”un yarımmüdafiəçisi Oz Bilu “Qarabağ”ın transfer gündəminə düşüb.
Ağdam təmsilçisi 21 yaşlı pleymeyker üçün qarşı tərəflə artıq danışığa başlayıb. Azərbaycan çempionu İsrailin U-21 yığmasının üzvü üçün qarşı tərəfə 800 min avro təklif edib. Ancaq israillilər gənc oyunçunun transferindən daha yüksək məbləğ qazanmaq niyyətindədir.
Bilu ötən mövsüm Konfrans Liqasında “Qarabağ”la matçlarda iştirak edib. Baş məşqçi Qurban Qurbanov həmin vaxtdan ona maraq göstərir. Hücumameyilli oyunçunun komanda yoldaşlarından Ataa Caber bu yay “Neftçi”yə, Feras Abu-Akal isə “Qəbələ”yə keçib.
Qeyd edək ki, “Aşdod”un yetirməsi olan Oz Bilunun “Aşdod”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
- Vüqar Həşimovun partlayışda xəsarət alan atası vəfat edib
- Kurban Berdıyev: "Penaltilər seriyası lotoreyadır"
- Millimiz Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb
- Əliyar Ağayev final matçına təyinat aldı
- Tural Piriyev: "Mingəçevir"in I Liqadakı yerini qoruyub saxlaması əsas hədəfdir"