“Qarabağ”dan “Sabah”a təbrik: “qarşıdakı oyunlarda uğurlar arzulayırıq"
14.10.2026 - 01:18
“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda Bakıda Çexiyanın “Slaviya” (Praqa) klubunu 2:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, “Qarabağ” klubu paytaxt təmsilçisini turnirdə ilk qələbəsini qazanması münasibətilə təbrik edib.
Ağdam təmsilçisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Sabah” futbol klubunu Çempionlar Liqasının liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edir, qarşıdakı oyunlarında uğurlar arzulayırıq".

0
0