"Qarabağ"dan yeni rekord
30.03.2024 - 10:00
!["Qarabağ"dan yeni rekord](https://ww3.apasport.az/storage/news/2024/march/30/big/6607a6f40932e6607a6f40932f17117775246607a6f40932c6607a6f40932d.jpg)
“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Ağdam klubu ən erkən çempionluğu qazanıb.
Qurban Qurbanovun yetirmələri 2023/24 mövsümünün çempionu adını XXVIII turda təmin edib. “Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.
Qeyd edək ki, bundan öncəki rekord da ağdamlılara məxsus idi. 2015/16 və 2017/18 mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən "köhlən atlar" bu rekordu ikiqat üstələyib.
0
0