
Qış fasiləsindən sonra Konfrans Liqasının pley-off mərhələsində mübarizəni davam etdirəcək “Qarabağ” heyətini bir qədər də gücləndirmək fikrindədir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu, xüsusən də, qapı xəttinə yeni oyunçu cəlb etməyə çalışır.
Şahruddin Məhəmmədəliyevin kritik oyunlardakı kobud səhvləri, Luka Quqeşaşvilinin isə əsas qapıçıya çevriləcək səviyyədə olmaması rəhbərliyi yeni “1 nömrə” axtarışına vadar edib. Ağdamlılar hazırda bu yöndə çalışmalarını davam etdirir və maraq dairəsində olan qapıçılarla danışıq aparır.
“Qarabağ” istədiyi qapıçı transferini reallaşdıra bilsə, Şahruddin ikinci qolkiperə çevriləcək. Belədə klub oyun praktikasından əziyyət çəkməməsi üçün Quqeşaşvilinin icarəyə verilməsi variantını nəzərdən keçirəcək. Gürcüstanlının 6 aylıq “Zirə”yə icarəyə verilməsi istisna edilmir. Çünki bakılılar da çərçivəni etibar edə biləcəyi qapıçı axtarışındadır.
Qeyd edək ki, Luka Quqeşaşvilinin “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
- Oğlan boksçuların yarışında yarımfinalçılar, qızlarda ölkənin ən güclüləri bəlli oldu
- “Leykers” heç vaxt reallaşmayan nəticə arzusunda
- 3 xal "Qalatasaray"a baha başa gəldi
- Saşa Yunisoğlu: "Fernandu Santuş bizə yenilik gətirə bilər" - Müsahibə
- Uğur Özdemir: “Pley-offda güclü komanda ilə qarşılaşacağıq”