“Qarabağ” 2022-ci ildə ilk dəfə Azərbaycan klubuna uduzub.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ”yə məğlub olub.
0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi daxili yarışlarda 43 görüşdən ibarət məğlubedilməzlik seriyasına malik idi.
“Qarabağ”ın son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Onlar səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzub.
Həmin yenilgidən sonra “Qarabağ” çempionatda 37, kubokda 6 görüşə çıxıb. Ötən mövsüm Premyer Liqada 20, kubokda 5 qarşılaşma baş tutub. Digər görüşlər cari mövsümə təsadüf edib.
Qeyd edək ki, ilk oyunda 2:2 hesablı heç-heçə edən “Qarabağ” kubokda mübarizəni dayandırıb.
- DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finalda - YENİLƏNİB
- Çempionlar Liqası: Bu gün “Qarabağ”ın rəqibi məlum olacaq - YENİLƏNİR
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
- Yüksək Liqada yarımfinal həyəcanı davam edir
- Kənan Kərimov: "Qarabağ"ın səviyyəli legionerlərə ehtiyacı var" - MÜSAHİBƏ