"Qarabağ"ın daha bir rəqibi müəyyənləşib
23.12.2024 - 14:14
“Qarabağ”ın qış təlim-məşq toplanışında qarşılaşacağı daha bir rəqibin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 12-də "Zirə" ilə qarşılaşacaq.
"Köhlən atlar" 2024/2025 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2025-ci ilin yanvarın 3-də bir araya gələcək. Klubun hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazasında baş tutacaq.
Qeyd edək ki, yoxlama görüşündə "Qarabağ" ilk olaraq, yanvarın 9-da "Kəpəz"lə üz-üzə gələcək.
- "Mançester Yunayted"in futbolçusu 4 oyunluq cəza aldı
- "Bizə əxlaq dərsi verməyə çalışanlar..." - "Qalatasaray"dan "Fənərbaxça"ya sərt mesaj
- "Fənərbaxça" rəsmisi həbs oluna bilər - 3 ay 15 gündən 2 il 4 aya qədər
- Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
- Finala Fransa və Argentinanın oyununu idarə etmiş hakim təyin olundu
0
0