“Qarabağ”ın futbolçusu milliyə çağrılıb
31.08.2024 - 17:17
![“Qarabağ”ın futbolçusu milliyə çağrılıb](https://ww3.apasport.az/storage/news/2024/august/31/big/66d310ce12be166d310ce12be2172510843066d310ce12bdf66d310ce12be0.jpg)
“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde milli komandasına dəvət alıb.
Apasport.az xəbər verir ki, Kabo-Verde yığması sentyabrın 6-da Misir, 10-da isə Mavritaniya millisi ilə qarşılaşacaq.
Klubun futbolçusu Sadiq Məmmədzadə isə Azərbaycanın U-19 yığmasına çağırılıb.
Azərbaycan millisi avqustun 31-dən sentyabrın 1-dək Bakıda, sentyabrın 2-dən 10-dək isə İspaniyanın Mursiya şəhərində hazırlıq keçəcək. Toplanış çərçivəsində 3 yoldaşlıq görüşü baş tutacaq. Yığmamız sentyabrın 4-də Şotlandiya, 6-da Niderland, 9-da Uelslə görüşəcək.
0
0