“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadənla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXIV turunun “Sumqayıt”la matçında gerçəkləşib.
Start heyətində meydana çıxan milli üzvü sabiq komandası ilə görüşdə “100”ə çatıb. 2019/20 mövsümündə “Sumqayıt”ın futbolçusu kimi Premyer Liqada ilk matçına çıxan yarımmüdafiəçi 17 oyunda 2 qol vurub. “Qarabağ”da 83 oyuna çıxan futbolçu 6 dəfə fərqlənib.
Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” matçında meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.
- Kəmər dərəcələri üzrə imtahan təşkil edib
- Arif Əsədov məlum təpiklə bağlı: “Loran Blan da Bartezin başından öpürdü” - MÜSAHİBƏ
- Günün oyunları bu kanallarda - TV AFİŞA
- "Fənərbaxça" "Qalatasaray"ı məğlub etdi - Final "Beşiktaş"la olacaq
- Qurban Qurbanov: "Əcnəbi VAR hakimlərinin gəlişini xoş qarşılamadım"