“Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.
- "Qarabağ"ın oyununun biletləri satışa çıxır
- UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən futzal yarışı başa çatıb
- “Barselona”dan müdafiəçisi ilə bağlı QƏRAR
- “Yuventus” seçim qarşısında: Şkrinyar, yoxsa Draquşin?
- Firdovsi Umudov Gürcüstanda ağırlıqqaldırma federasiyalarının prezidentləri ilə görüşüb - FOTO