"Qarabağ"ın məşqçisi 5 oyunluq cəzalanıb
07.05.2025 - 14:51
"Qarabağ"ın məşqçisi 5 oyunluq cəzalanıb

AFFA "Qarabağ"ın U-10 liqasında mübarizə aparan komandasını cəzalandırıb.

Apasport.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

Qərarda bildirilib ki, 4 may 2025-ci il tarixində AFFA U-10 Liqasında keçirilən "Azərbaycan Qartalları" – "Qarabağ" oyunu bitdikdən sonra "Qarabağ"ın baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4).

Həmçinin sözügedən matç bitdikdən sonra "Qarabağ"ın azarkeşləri hakimlərin ünvanına təhqiredici ifadələr səsləndirildiyinə görə komandaya xəbərdarlıq edilsin.

Qeyd edək ki, Yusifov ötən ilin yayından bu vəzifədə çalışır.