“Qarabağ”ın oyunlarına azarkeşlər buraxılmayacaq
07.01.2025 - 22:07
![“Qarabağ”ın oyunlarına azarkeşlər buraxılmayacaq](https://ww3.apasport.az/storage/news/2025/january/07/big/677d6df9d8747677d6df9d87481736273401677d6df9d8745677d6df9d8746.jpeg)
"Qarabağ" bu həftə keçirəcəyi yoxlama oyunları ilə bağlı azarkeşlərə müraciət edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun açıqlamasında bildirilib.
Qeyd edilib ki, komandanın yanvarın 9-u "Kəpəz", yanvarın 12-i isə "Zirə" ilə keçirəcəyi yoldaşlıq görüşləri yalnız media nümayəndələri (PFL-in media vəsiqəsi ilə) üçün açıq olacaq.
Hər iki görüş azarkeşlər üçün qapalı keçiriləcək. Matçların canlı yayımlanması nəzərdə tutulmur.
0
0