“Qarabağ”ın oyunu təxirə salındı
12.08.2022 - 18:05
![“Qarabağ”ın oyunu təxirə salındı](https://ww3.apasport.az/storage/news/2022/august/12/big/62f665f5e135e62f665f5e135f166031512562f665f5e135a62f665f5e135c.jpg)
Misli Premyer Liqasının təqvimində dəyişiklik edilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı PFL verib.
III turun “Turan Tovuz” – “Qarabağ” görüşü təxirə salınıb. Bu qərar Ağdam klubunun müraciəti, Tovuz təmsilçisinin razılıq məktubuna əsasən verilib.
“Qarabağ”ın Çempionlar Liqasının pley-of mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL 3-cü turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salınması qərarını qəbul edib. Oyunun vaxtı dəqiqləşməyib.
0
0