Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Lex” – “Qarabağ” oyununa bilet satışı davam edir.
Apasport.az saytının məlumatına görə, Polşa klubu indiyə qədər satılan bilet sayını açıqlayıb.
Poznan stadionunda baş tutacaq qarşılaşmaya 22 mindən çox bilet satılıb. Klub kassalarda hələ 21 min bilet qaldığını vurğulayıb. Qarşılaşmanın keçirilməsinə bir gün qaldığından biletin qiyməti də 30 zlotaya (11 manata) endirilib.
Qeyd edək ki, sabah keçiriləcək “Lex” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşün baş tutacağı Poznan stadionu 43 mindən çox tamaşaçı tutumuna malikdir.
- Yüksək Liqa: XIX tura yekun vurulub
- Ülvi İsgəndərov: “Neftçi” ilə matçda yaxşı futbol oynayaraq qalib gəldik” - MÜSAHİBƏ
- "Everton" ilk qollarını millimizə vurmuş hücumçu ilə maraqlanır
- Yunanlardan 11 top buraxmış azərbaycanlı məşqçi: "Deməyə söz tapmıram"
- Argentinalı futbolçu Bakı klubunda – 1 illik müqavilə