“Qarabağ”ın oyununun yeri dəyişdirilib
25.09.2023 - 16:22
![“Qarabağ”ın oyununun yeri dəyişdirilib](https://ww3.apasport.az/storage/news/2023/september/25/big/65117ba1d1db565117ba1d1db6169564457765117ba1d1db365117ba1d1db4.jpg)
“Qarabağ” – “Sumqayıt” matçının yeri dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, buna “atlılar”ın PFL-ə müraciəti səbəb olub.
“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL “Qarabağ” – “Sumqayıt” oyunun “Azersun Arena”da keçirilməsinə qərar verib.
Qeyd edək ki, görüşün günü, saatı ilə bağlı dəyişiklik yoxdur.
0
0