"Qarabağ"ın "Qalatasaray"la oyunu üçün plastik su qablarına icazə veriləcək
25.03.2023 - 21:45
"Qarabağ"ın "Qalatasaray"la oyunu üçün tribunalar saat 17:00-dan etibarən açıq olacaq.
Apasport.az xəbər verir ki, bu barədə Bakı Olimpiya Stadionu məlumat yayıb.
Həmçinin, o da məlum olub ki, tamaşaçıların bəzilərinin oruc tutacağını nəzərə alınacaq və bütün şəxslərə arenaya plastik su qablarında daxil olmağa icazə veriləcək.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
- "Qalatasaray" və "Fənərbaxça"nın avrokubok oyunları bu kanallarda
- Avropada qış transfer dönəmi başa çatıb: Ən bahalı 10 transfer
- Qurban Qurbanov: “Heç-heçəni sürpriz hesab etmirəm”
- AFFA “Səbail”ə qarşı iddianı təmin etmədi
- Azərbaycanın qadınlardan ibarət güləş millisi Macarıstanda təlim-məşq toplanışına başlayıb
0
0