“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Olimpiakos” yeni transferə hazırlaşır.
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, klub “Kopenhagen”in yarımmüdafiəçisi Pep Bieli heyətinə qatmaq üzrədir.
Hazırda klublar arasında danışıqlar son mərhələdədir. Pireylilər 26 yaşlı ispaniyalı pleymeykerin keçidi qarşılığında Danimarka təmsilçisinə 6 milyon avro ödəyəcək. Yeni komandası ilə 2026-cı ilədək müqavilə imzalayacaq Pepin illik məvacibi 1 milyon avro təşkil edəcək. Yəni bu keçid “Olimpiakos”a ümumilikdə 10 milyon avroya başa gələcək.
Pepin transferi tamamlamaq üçün gün ərzində Yunanıstana yollanması gözlənilir.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrupunda “Olimpiakos”la yanaşı, “Nant” və “Frayburq”la mübarizə aparacaq.
- Azərbaycan boksçusu almaniyalı rəqibinə qalib gəlib
- İlham Yadullayev: "Rusiya, Belarus və Özbəkistan milliləri bizdən çox üstündürlər" - Müsahibə
- Sanço “Borussiya”ya qayıdır
- "Qarabağ" UEFA Gənclər Liqasında "Çelsi"yə məğlub olub
- Avropa çempionu olan millimiz böyük coşqu ilə qarşılandı - FOTOLENT - VİDEO