“Qarabağ”ın rəqibi koronavirusa yoluxdu
05.10.2022 - 16:40

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Frayburq” baş məşqçisini itirib.
Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisinin çalışdırıcısı Kristian Ştrayx koronavirusa yoluxub.
Tibbi testlərin ardından 57 yaşlı mütəxəssisin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən karantinə alınan almaniyalı Avropa Liqasının III turunda “Nant”la sabah keçiriləcək görüşdə texniki zonadakı yerini tuta bilməyəcək.
Qeyd edək ki, “Frayburq” Avropa Liqasının ilk iki turunda “Qarabağ”a 2:1, “Olimpiakos”a isə 3:0 hesabı ilə qalib gəlib.
- Şahruddin üçün Rusiyadan təkliflər var: Qərarını verdi
- Türkiyə klubunda ata-oğul transferləri – Övladlarını komandaya gətirdilər
- Ayxan Abbasov: “Klub olaraq bu cür oyunlara ehtiyacımız var”
- Londonda 9 qol, “Mançester Yunayted” böyük hesabla məğlub oldu, “Çelsi”dən bərabərlik
- "Kəpəz"in yeni transferi: “Gəncəni belə görmək məni sevindirir"
0
0