“Qarabağ”ın rəqibi müəyyənləşdi
22.11.2022 - 16:50
Azərbaycan kubokunda 1/4 finalın ilk cütü müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 1/8 finaldan azad olan “Qarabağ”ın rəqibi müəyyənləşib.
Ölkə çempionunun rəqibi “Qəbələ” – “Araz Naxçıvan” qarşılaşmasında dəqiqləşib. Böyük hesabla qalib gələn “qırmızı-qaralar” Ağdam klubu ilə görüşəcək.
1/4 finalın ilk görüşləri dekabrın 8-9-da, cavab matçları 19-20-də baş tutacaq. “Qarabağ” - “Qəbələ” cütündə ilk oyun ağdamlıların meydanında təşkil olunacaq.
Qeyd edək ki, 1/4 finalın digər cütləri sabah dəqiqləşəcək.
- “Yuventus”dan adı “Fənərbaxça” ilə hallanan futbolçu ilə bağlı açıqlama
- Qismət Alıyev od püskürdü: "Hakim səhvlərinin qurbanı oluruq" - Müsahibə
- Azərbaycan derbisinin hakimi açıqlandı
- Adı "Neftçi"ylə də hallanan Avcıdan iddialara cavab: “Hamısı yalandır”
- Millimiz qrupda ilk qələbəsini qazandı - YENİLƏNİB
0
0