"Qarabağ"ın rəqibi "Qalatasaray"lı futbolçu ilə anlaşıb
04.09.2024 - 13:53
!["Qarabağ"ın rəqibi "Qalatasaray"lı futbolçu ilə anlaşıb](https://ww3.apasport.az/storage/news/2024/september/04/big/66d82e39ce96b66d82e39ce96c172544364166d82e39ce96866d82e39ce96a.jpg)
Super Liqa təmsilçilərindən “Qalatasaray”ın futbolçusu Serji Oliveyra karyerasını Yunanıstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Olimpiakos”la razılaşıb.
Oliveyranın 2 illik müqavilə imzaladığı məlum olub.
Pirey təmsilçisi daha əvvəl “Fulhem”dən Villianı transfer etmişdi.
“Olimpiakos” Avropa Liqasının Liqa mərhələsində 2025-ci il, yanvarın 30-da Yunanıstanda “Qarabağ”la qarşılaşacaq.
0
0