"Qarabağ"ın ulduzuna Ərəbistandan təklif
08.07.2024 - 15:45
!["Qarabağ"ın ulduzuna Ərəbistandan təklif](https://ww3.apasport.az/storage/news/2024/july/08/big/668bd2231f1c4668bd2231f1c51720439331668bd2231f1c2668bd2231f1c3.jpg)
“Qarabağ”ın futbolçusu Yassin Benziaya BƏƏ-dən dəvət gəlib.
Apasport.az saytına verilən məlumata görə, BƏƏ yüksək liqasında çıxış edən “Baniyas” “Qarabağ”ın əlcəzairli futbolçunu transfer etməyi planlaşdırır.
Abu-Dabi təmsilçisinin baş məşqşçisi Joao Pedro Souza şəxsən Benzianı sərəncamında görmək istəyir. Amma Benzianın “Qarabağ”da qalmaq istədiyi üçün düşərgədə qalacağı gözlənilir.
Qeyd edək ki, Yassin 2023-cü il yanvarın 26-da “Qarabağ”a keçib. Onun Ağdam klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
0
0