![“Qarabağ”ın Yunanıstana SƏFƏR PROQRAMI](https://ww3.apasport.az/storage/news/2022/october/04/big/633bfcaa5cc8e633bfcaa5cc8f1664875690633bfcaa5cc8b633bfcaa5cc8d.jpg)
Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu sabah Yunanıstana yollanacaq.
Komandanı aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Sabah Bakı vaxtı ilə saat 18:30-da ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 23:00-da isə matçın keçiriləcəyi “Georgios Karaiskakis” stadionunda komandanın məşqi reallaşacaq.
Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.