![“Qarabağ”la “75”ə doğru](https://ww3.apasport.az/storage/news/2023/february/13/big/63ea13565482a63ea13565482b167628475863ea13565482663ea135654828.jpg)
Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Gent” oyunu yubiley qələbəsi ilə əlamətdar ola bilər.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda qalib ayrılsa, Azərbaycan klublarının avrokuboklarda 75-ci ev qələbəsi qeydə alınacaq.
Qitə səhnəsinə 1994-cü ildə çıxan təmsilçilərimiz indiyədək 74 dəfə doğma divarlar arasında sevinib. 210-cu sınaq “75”ə çatmaqla nəticələnə bilər.
Qeyd edək ki, “Qarabağ” – “Gent” görüşü fevralın 16-da baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 21:45-də başlayacaq.