“Olimpiakos” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la IV tur oyunu öncəsi daha bir itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Yunanıstan çempionatının VII turunda OFİ ilə görüşdə müdafiəçi Qonzalo Avila sıradan çıxıb.
Komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçın 38-ci dəqiqəsində zədələnərək əvəzlənən ispaniyalı sağ cinah müdafiəçisinin durumu qeyri-müəyyəndir. Bu gün keçiriləcək tibbi müayinənin ardından 24 yaşlı oyunçunun “Qarabağ”la qarşılaşmada iştirak edib-etməyəcəyi müəyyənləşəcək.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq.
- AÇ: İslam Bazarqanov finalda, Jalə Əliyevadan bürünc medal - YENİLƏNİB
- İdmançımız Dünya Kubokunda qüvvəsini sınayıb
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- 56 yaşında futbol tarixinə düşdü
- Maksim Medvedev: “Karyeramı “Qarabağ”da başa vurmağım daha yaxşı olar”