“Qarabağ”la “Qəbələ”yə UEFA-dan vəsait
21.11.2023 - 17:01
![“Qarabağ”la “Qəbələ”yə UEFA-dan vəsait](https://ww3.apasport.az/storage/news/2023/november/21/big/655ca87c905d2655ca87c905d31700571260655ca87c905d0655ca87c905d1.jpg)
UEFA Azərbaycan klublarına növbəti vəsaiti ayırıb.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Bu vəsait “Qarabağ” və “Qəbələ”nin (UEFA Gənclər Liqasındakı iştirakına görə) 2023/24-cü illər mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar ayrılıb. “Qarabağ” 403 min 600, “Qəbələ” 25 min 500 avro əldə edib. UEFA-nın ayırdığı vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.
0
0