“Qəbələ” “Eştoril”dən onun transferini bitirdi
30.06.2023 - 13:30
“Qəbələ” növbəti legioner transferinə hazırlaşır.
Apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar” Lukas Afrikonun keçidini həll edib.
Artıq tərəflər arasında müqavilə razılığı əldə olunub. Son olaraq Portuqaliyada “Eştoril” forması geyinmiş 28 yaşlı müdafiəçinin müqaviləsi başa çatdığından “Qəbələ”yə keçidində problem yaranmayıb. “Qəbələ”nin Afriko transferini bu gün ictimaiyyətə açıqlayacağı gözlənilir.
Braziliyalı mərkəz müdafiəçisi daha öncə “Londrina” və “Maritimo” klublarının formasını geyinib.
- Mehman Alışanov: “Futbol bu sahəyə yad adamların əlinə keçib” - OFSAYD
- Üçqat Paralimpiya çempionu yeniyetmə və gənc paraüzgüçülərlə görüşüb
- Macarıstanlı hücumçu: “Qarabağ”a qarşı oynamaq istəyirəm”
- Basketbol millilərinin yeni reytinq siyahısı açıqlanıb
- "Qarabağ" - "Sabah" matçında rekord sayda azarkeş: 10361
0
0