“Qəbələ” heyətini konqolu futbolçu ilə gücləndirib
20.08.2024 - 12:51
![“Qəbələ” heyətini konqolu futbolçu ilə gücləndirib](https://ww3.apasport.az/storage/news/2024/august/20/big/66c458f6b467d66c458f6b467e172414386266c458f6b467b66c458f6b467c.jpg)
“Qəbələ” klubu heyətini konqolu futbolçu ilə gücləndirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Konqo millisinin yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb.
21 yaşlı futbolçu bunadək vətənində “Otoho d'Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.
0
0