“Qəbələ” “İmişli”ni məğlub etdi
02.08.2025 - 21:17
“Qəbələ” “İmişli”ni məğlub etdi

Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ" bu gün yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "İmişli" ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma "qırmızı-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.