“Qəbələ” Küveyt klubuna qarşı
30.07.2024 - 19:32
![“Qəbələ” Küveyt klubuna qarşı](https://ww3.apasport.az/storage/news/2024/july/30/big/66a8f9f86f19b66a8f9f86f19c172235007266a8f9f86f19766a8f9f86f19a.jpg)
Yeni mövsüm hazırlıqlarına davam edən “Qəbələ” fasilə dövründə ilk yoxlama oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
“Qırmızı-qaralar” Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşacaq. Qəbələdə təlim-məşq toplanışında olan Asiya təmsilçisi ilə matç sabah keçiriləcək.
Görüş Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.
0
0