“Qəbələ” “Orenburq”la heç-heçə oynadı
15.07.2023 - 20:04
Bolu şəhərində təlim-məşq toplanışı keçən “Qəbələ” ikinci yoxlama oyununda qüvvəsini sınayıb.
Apasport.az saytı xəbər verir ki, komanda “Orenburq”la heç-heçə oynayıb.
Qarşılaşmanın birinci hissəssində qapılara qol vurulmayıb. Fasilədən sonra “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov hesabı açıb. O, 50-ci dəqiqədə fərqlənib. Oyunun qalan dəqiqələrində Rusiya futbolçuları bərabərlik qolunu vura biliblər. Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Qəbələ” ilk yoxlama matçında “Sukleya”ya (Moldova) 4:2 hesabı ilə qalib gəlib.
- XXI əsrin ən yaxşı futbolçularının siyahısı açıqlanıb
- “Mançester Yunayted” keçmiş futbolçusunu geri qaytara bilər
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinə start verilib
- "Bakı-Xankəndi" velosiped yarışının 3-cü mərhələsi start götürdü
- Gimnastlarımız Bakıdakı beynəlxalq turniri altı medalla başa vurublar
0
0