"Qəbələ" Qəbələdə qalır
11.07.2024 - 12:35
“Qəbələ”nin 2024-2025-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq.
Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək.
Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb.
Bu görüşlərdəki rəqiblər və matçların tarixi barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.
- Türkiyə kubokunun yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldu
- İlqar Qurbanov: "Çempionatın maraqsız olmasının səbəbi "Qarabağ"dır" -Müsahibə
- İkardidən Qalatasaray azarkeşlərinə şad xəbər
- "Ultimate Azerbaijan" ilk dəfə Azərbaycanı təmsil edəcək
- Premyer Liqa: XX turun oyun cədvəli açıqlanıb
0
0