"Qəbələ" yoxlama oyununda "Mingəçevir"in qonağı olub
19.08.2024 - 19:40

Yeni mövsümə hazırlığını davam etdirən "Qəbələ" növbəti yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, "qırmızı-qaralar" səfərdə Mingəçevirlə üz-üzə gəlib.
Y. Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutan matç qonaqların 0:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Ruslan Voronsov, Domi Jaures, Sənan Ağalarov və Mehrac Baxşalı fərqləniblər.
Qeyd edək ki, bu, "Qəbələ"nin 4-cü yoldaşlıq oyunu olub. Klub bundan əvvəl "Əl-Yarmuk" (2:2), "Zaqatala" (2:0) və "Cəbrayıl"la (5:2) görüşüb.
- “Şamaxı” azarkeşləri avrokuboklara yollanmaq istəyirlər - FOTO
- “Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO
- Sulşerli “Beşiktaş” “Atletik”i darmadağın edib - YENİLƏNİB
- Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
- “Mançester Siti”də növbəti ayrılıq
0
0