“Qəbələ”də 4 İTKİ
06.04.2024 - 19:39
“Qəbələ” Misli Premyer Liqasının XXIX turunun “Zirə” ilə səfərdə keçiriləcək matçının hazırlıq prosesini başa vurub.
Apasport.az xəbər verir ki, “qırmızı-qaralar”ın 4 futbolçusu oyun öncəsi son məşqə qatılmayıb.
Hazırlıq prosesində Asif Məmmədov, Ülvi İsgəndərov, Ahmed Ayzaya və İlkin Qırtımov iştirak etməyiblər. Onlar sabah keçiriləcək qarşılaşmanı da buraxacaqlar.
Qeyd edək ki, aprelin 7-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” - “Qəbələ” qarşılaşması saat 16:30-da başlayacaq.
- Andrey Popoviç: "Gürcüstanda gənc futbolçular Avropaya gedir, Azərbaycanda isə..."
- Maquayrın durumuna aydınlıq gəldi
- Buffon onu heyran edən 4 futbolçunun adını çəkdi
- Boksçumuz Avropa Oyunlarının 1/4 finalında - FOTOLENT
- Mircavadov Azərbaycan derbisi haqda: “Atmacanın tərəfdarı deyiləm, “Neftçi”nin baş məşqçisi yaxşı deyib”
0
0