“Qəbələ”də yeni məşqçi heyəti müəyyənləşib
01.09.2026 - 19:01
“Qəbələ”də yeni məşqçi heyəti müəyyənləşib

“Qəbələ” Misli Premyer Liqasının IV turunda “İmişli”yə qarşı keçirəcəyi oyunun hazırlığına başlayıb.

Apasport.az xəbər verir ki, komanda qarşıdakı matça Amil Ağacanov və Miloş Yevtiçdən ibarət məşqçilər heyətinin rəhbərliyi altında hazırlaşır.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Qəbələ” – “İmişli” qarşılaşması sentyabrın 4-də keçiriləcək. Matça saat 18:00-da start veriləcək.