"Qəbələ"də yeni müqavilə - RƏSMİ
25.06.2026 - 12:37
"Qəbələ"də yeni müqavilə - RƏSMİ

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mərkəz müdafiəçisi ilə yeni 1 illik müqavilə bağlanıb.

2026-cı ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan seneqallı futbolçu bu müddət ərzində 19 oyunda meydana çıxıb və 3 qol vurub.