“Qəbələ”də yeni qapıçı
25.07.2023 - 21:11
Azərbaycan kubokunun qalibi heyətinə yeni qapıçı cəlb edib.
Apasport.az-ın məlumatına görə, Rəşad Əzizli bundan sonra “Qəbələ”nin şərəfini qoruyacaq.
“Qırmızı-qaralar” 29 yaşlı qolkiperlə bir illik müqavilə imzalayıblar. Azərbaycan çempionatında kifayət qədər təcrübəyə malik Əzizli “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt”və “Zirə” kimi klublarda çıxış edib.
Qeyd edək ki, Rəşad əsas heyətdə yer almaq üçün Kristof Atanqana, Elməddin Sultanov kimi qapıçılarla mübarizə aparacaq.
- Rəşad Sadıqov: Rəqibi təhlil etmək baxımından müəyyən problem yaşayırıq
- Qurban Qurbanov: “Azarkeşlərin futbolçulara böyük təzyiqi var idi”
- “Qarabağ”– “Neftçi” oyununun hakimləri açıqlandı
- Region Liqası: 1/4 finalın cavab matçlarının təqvimi açıqlanıb
- "Aston Villa"dan "Barselona"ya 50 milyonluq təklif
0
0