"Qəbələ"də yeni transfer
26.06.2024 - 15:17
!["Qəbələ"də yeni transfer](https://ww3.apasport.az/storage/news/2024/june/26/big/667bf8ea7a09c667bf8ea7a09d1719400682667bf8ea7a09a667bf8ea7a09b.jpg)
Transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Apasport.az xəbər verir ki, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
V.Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017-2018), “Neftçi-2” (2020), “Kəpəz” (2021-2022) komandalarında çıxış edib.
Qeyd edək ki, müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.
0
0