“Qəbələ”dən I Liqa klubuna
25.07.2025 - 19:25

“Baku Sporting” hücumçu Sənan Ağalarovla güclənib.
Apasport.az xəbər verir ki, 20 yaşlı futbolçu icarə əsasında bir il komandada çıxış edəcək.
Müqavilə ilə “Qəbələ”FK-ya məxsus olan Ağalarov ötən mövsüm “Araz-Naxçıvan”ın şərəfini qoruyub.
“Baku Sporting” yeni mövsümdə I Liqada mübarizə aparacaq.
0
0