"Qəbələ"nin futbolçusu əməliyyat olunub
25.04.2024 - 14:17
!["Qəbələ"nin futbolçusu əməliyyat olunub](https://ww3.apasport.az/storage/news/2024/april/25/big/662a2c4e24790662a2c4e247911714039886662a2c4e2478e662a2c4e2478f.jpg)
"Qəbələ" klubunun futbolçusu Ülvi İsgəndərov əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidmətindən məlumat yayıb.
27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.
Əməliyyatın uğurlu keçdiyi vurğulanıb. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Ü.İsgəndərov son matçını martın 9-da “Sabah”a qarşı keçirib.
0
0