“Qəbələ”nin futbolçusu əməliyyat olunub
29.05.2024 - 00:50
“Qəbələ”nin futbolçusu Murad Musayev Türkiyədə əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçi sol axil vətərinin tam qopması üzündən cərrahi müdaxiləyə məruz qalıb. Musayevin Ankarada gerçəkləşən əməliyyatı uğurlu keçib. O, dörd reabilitasiya kursu keçməli olacaq.
Qeyd edək ki, Musayevin təxminən 5-6 aydan sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.
- “Olimpiakos”un baş məşqçisi: “Qarabağ"a qarşı dominantlıq eləmək asan deyildi"
- İspaniya Kral Kuboku: "Atletik" "Barselona"ya qarşı
- Emin İmaməliyev: "Fikrimcə, "Qarabağ" "Lion" üzərində layiqli qələbə qazanacaq"
- "Zirə" hazırlığa başladı - FOTOLENT
- NBA-da çıxış edən basketbolçu 35 yaşında karyerasını bitirib
0
0