“Qəbələ”nin futbolçusu əməliyyat olunub
11.11.2024 - 22:00

"Qəbələ"nin futbolçusu Eşqin Əhmədov Türkiyədə əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçi menisk və ön çarpaz bağ bərpası ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.
Əhmədovun Türkiyədə gerçəkləşən əməliyyatı uğurlu keçib. Durumu yaxşı olan futbolçu 2 gündən sonra ölkəmizə qayıdıb reabilitasiyaya start verəcək.
Qeyd edək ki, I Liqada VI turun "Qəbələ" – "İmişli" oyununda (0:0) zədələnən Eşqində menisk yırtığı, ön çarpaz bağ qopması aşkarlanıb.
- Naxçıvanda “Bir uşaq - bir top” festivalı keçirildi - FOTOLENT
- Şəhriyar Əliyev: "Neftçi" ilə oyun ağır olacaq" - Müsahibə
- Yığmamızın baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”
- Hakimi vuran klub prezidenti sərbəst buraxıldı
- “Neftçi” – “Rapid” oyununun biletləri satışda
0
0