“Qəbələ”nin futbolçusu Nigeriya millisində
12.08.2025 - 18:53
“Qəbələ”nin futbolçusu Salihu Nasiru Nigeriyanın U-20 milli komandasına dəvət alıb.
Apasport.az xəbər verir ki, gənc futbolçu avqustun 18-də başlayacaq təlim-məşq toplanışında iştirak edəcək.
Nigeriya sentyabrın 27-də Çilidə start götürəcək 20 yaşlılar arasında dünya çempionatının final mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, 18 yaşlı Nasiru daha öncə Nigeriyanın U-20 millisinin heyətində 4 oyun keçirib.
- Millimiz Dünya Kubokunda mübarizə aparacaq
- George Anton: "Zirə" ilə müqayisədə “Şerif”in avrokuboklarda böyük təcrübəsi var" - Müsahibə
- “Difai”nin yeni baş məşqçisi müəyyənləşib
- "Araz-Naxçıvan" "Benfika" ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib
- Cüdoçular arasında "İstedadların seçimi" turnirinin I turu başa çatıb
0
0