"İlkin təssüratım çox yaxşıdır. Həm komanda yoldaşlarım, həm məşqçilər heyəti, həm də klubun işçiləri məni isti qarşıladılar".
Apasport.az xəbər verir ki, bunu "Qəbələ"nin yeni transferi Eduardo Kunde deyib.
Monteneqrolu futbolçu klubun mətbuat xidmətinə açıqlama verib.
"Burada olduğum üçün çox şadam. Dünən yoxlama oyununda az da olsa, şans qazandım. Komandaya adaptasiya olmağa çalışıram. Hələ təlim-məşq toplanışı başa çatmadığı üçün uyğunlaşmaq baxımından vaxtımın olduğunu düşünürəm. Ümid edirəm ki, tezliklə çempionatda oynamağa hazır olacam".
O, "Qəbələ"nin təklifini qəbul etməsi barədə bunları deyib: "Qəbələ"dən təklif alanda klub və ölkənizlə bağlı araşdırma apardım, məlumatlar topladım. Hər kəs həm komanda, həm də Azərbaycan barədə yaxşı sözlər dedi. Qəbələ şəhərinin gözəl təbiətə malik olduğunu, klubun isə Azərbaycan futbolunda tarix yazdığını öyrəndim. Bu səbəblər təklifi qəbul etməyimdə vacib rol oynadı".
- “Neftçi”nin “9 nömrə”si ƏBƏDİLƏŞDİRİLDİ
- “Barselona” Fatinin müqaviləsindəki detalları dəyişmək istəyir
- “Neftçi”dən azarkeşlərinə şad xəbər: KUBOK MATÇINA GİRİŞ PULSUZ OLACAQ
- Qurban Qurbanov: "Belə bir şey nə yaxşı olardı" - MÜSAHİBƏ
- Vadim Abdullayev: "Qırmızı vərəqə Mahir Emrelidən çox mənə təsir etdi"