![“Qəbələ”nin yeni transferi: “Mənim üçün gözəl təcrübə oldu” - Açıqlama](https://ww3.apasport.az/storage/news/2024/september/20/big/66ed33d986c3d66ed33d986c3e172682133766ed33d986c3b66ed33d986c3c.jpeg)
Dünən futbol üzrə Azərbaycan çempionatının I Liqasında 2-ci tura yekun vurulub.
“Qəbələ” səfərdə “Qaradağ Lökbatan”ı darmadağın edib – 5:0. Matçdan sonra “qırmızı-qaralar”ın yeni transferi Oçe Oçoveçi apasport.az saytına açıqlama verib.
O, matçla bağlı fikirlərini bölüşüb: “Qaradağ Lökbatan” yaxşı komandadır. Gözəl oyun keçdi. Matçdan həzz aldım. Qələbə qazandığımıza görə çox şadam. Komandamızın oyun tərzini də sevdim. Birlikdə uğurlar əldə edəcəyimizə əminəm”.
Futbolçu debütü barədə də danışıb: “Qəbələ”də ilk oyunumu keçirdim. Bu, mənim üçün gözəl təcrübə oldu. Gələcək matçlara fokuslanmışıq. Bundan sonra da yeni komandamla bol-bol qələbələr qazanacağımıza inanıram”.
İsmayıl Xeyrullayev