Bizi Bakıda çətin cavab oyunu gözləyir.
Apasport.az xəbər verir ki, bunu "Linkoln"un (Cəbəllütariq) futbolçusu Qrem Torilya UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan sonra deyib.
Klubun rəsmi saytına danışan Cəbəllütariq millisinin üzvü komandasının 0:2 hesablı məğlubiyyətinə baxmayaraq yaxşı çıxış etdiyini bildirib:
"Düşünürəm ki, uduzmağımıza baxmayaraq, pis çıxış etmədik. Qapımızda gördüyümüz qollar istisna olmaqla, müdafiədə yaxşı oynadıq. Hücumlarımız kəsərsiz alındı. Dünənki matçda azarkeşlərimiz möhtəşəm idi. Onların səsini eşitmək bizə qüvvət verir. Bizi Bakıda çətin cavab oyunu gözləyir. Rəqib bizdən 2 top irəlidədir. Bununla belə, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bakıda məğlub olsaq belə, meydanı başı dik tərk edəcəyik".
Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu iyulun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
- Qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib
- Millinin baş məşqçisi: “Onlarla hər bir yarışda uğur qazana bilərik”
- Saşa İliç: “Bu, planlarımızı pozdu”
- “Vinisius və Rodriqo ilə oynamaq çox asandır” – Mbappe