“Neftçi” bir neçə legioneri ilə yollarını ayırmağı planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, bunlardan biri də Andrey Ştoqrindir.
Bu ayrılığın qışda, yoxsa yayda reallaşacağı bəlli deyil. Belə ki, əksər legionerlərin klubla minimum yaya qədər müqaviləsi var.
“Ağ-qaralar” ukraynalı ilə danışaraq, müqaviləsinə xitam verilməsinə çalışır. Amma bu, heç də asan olmayacaq.
Çünki ukraynalının “Neftçi” ilə sözləşmə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, komandaya bu yay keçib.
Baş məşqçi Samir Abasovun performansından narazı olduğu digər legioner isə Rafael Quzzodur.
Qeyd edək ki, “Çernomorets”in sabiq üzvünü “Neftçi”nin əvvəlki baş məşqçisi Roman Qriqorçuk gətirmişdi.
- Qurban Qurbanov: “Ölkə futbolu üçün özümüzü qurban verməyə hazır olmalıyıq”
- Azərbaycan çempionatlarında mövsümün rekordu qeydə alınıb
- "Qalatasaray" 1/8 finala çətin qələbə ilə çıxdı
- Stolüstü tennisçilərimiz Türkiyə Super Liqasının mükafatçısı olublar
- Bakıdakı Dünya Kubokunda 66 ölkədən 701 iştirakçı